Qaynanası ilə mübahisə qadın övladları ilə özünü binadan atdı - Əri sabiq məmur imiş

Bakıda iki uşağı ilə birlikdə intihara cəhd edən qadının son vəziyyəti açıqlanıb.

TƏBİB-dən bildirilib ki, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Aytən Abbasova Qaynanası ilə mübahisə etdiyi üçün intihara cəhd edib. 

Aytən Abbasova iki övladı və qayınanası ilə birlikdə Bakıda kirayədə yaşayırmış.

“Unikal”ın əldə etdiyi məlumata görə, A.Abbasovanın həyat yoldaşı Suslan Abbasov əvvəllər Astara Rayon İcra Hakimiyyətində aparıcı məsləhətçi vəzifəsində çalışıb. Suslan Abbasov ailəsi ilə birlikdə Astara rayonunun Şiyəkəran kəndində yaşayırmış. O, bir müddət əvvəl Rusiyaya gedib və ailəsi də Bakıya köçüb.

10:04

Bakıda qadın iki uşağı ilə birlikdə intihara cəhd edib.

Hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib.

1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı, 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.

Ana, eləcə övladlarından biri sağ qalsa da, digər uşaq hadisə yerində keçinib.

Hadisə yerinə iki təcili yardım briqadası çağırılıb.

İntihara cəhdin dəqiq səbəbi bilimir.

Qeyd edək ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qaynanası ilə kirayədə yaşayırmış.

XƏBƏR LENTİ