Bakıda yolda əlbəyaxa dava, qadını döydülər - video

Sosial şəbəkələrdə maşın yolunda dava görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərin Bakıda qeydə alındığı bildirilir.

Videoda biri qadın olmaqla iki nəfərin əlbəyaxa dava etdiyi görünür. İddia olunub ki, iki sürücünün avtomobili toqquşandan sonra onlar arasında gərginlik yaşanıb. Daha sonra təhqiramiz ifadə işlədiblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov “Qafqazinfo”ya bildirib ki, yayılan görüntülərdəki hadisə nəzarətə götürülüb: “Hazırda araşdırma aparılır. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ