Həkimlər koronavirusun ən pis yeni ştammı barədə xəbərdarlıq edirlər

ABŞ həkimləri xəbərdarlıq ediblər ki, koronavirusun BA.5 adlı yeni omikron ştammı xəstəliyin ən pis və ən yoluxucu variantı ola bilər. Onlar “ABC” telekanalına müsahibələrində yeni ştammın təhlükəli tərəflərini açıqlayıblar.

Kaliforniya Universitetinin həkimi Peter Çin-Honqun sözlərinə görə, bu ştamda testlər tez-tez yanlış mənfi nəticə göstərir, bunun nəticəsində erkən mərhələdə xəstəliyi müəyyən etmək mümkün olmur. Bu ştammın ikinic təhlükəsi onun daha yoluxucu olmasıdır: ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri onun koronavirusun digər variantlarına nisbətən ən azı 20 faiz daha yoluxucu olduğunu iddia edir.

“Virus nə qədər yoluxucu olsa, xəstəlik bir o qədər tez sürətlə yayılır. Siz izdiham içində olduğunuz zaman bu risk həmişə var”, - deyə epidemioloq Corc Ruterford xəbərdarlıq edb.

Üçüncü problem isə BA.5 ştammının simptomlarının COVID-19-un digər variantlarına nisbətən daha ağrılı olmasıdır, xüsusən də bu ştamma yoluxanlar şiddətli boğaz ağrısından şikayət edirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ