Aysun toy günü niyə özünü öldürdü?

Xəbər verdiyimiz kimi, bu gün Qəbələ rayonunun Nohurqışlaq kəndində intihar hadisəsi baş verib. 

Modern.az-ın məlumatına görə, ötən gün toyu olacaq 23 yaşlı Aysun Abdurrahmanlı yaşadığı evin zirzəmisində özünü asıb. 

Aysun iki il nişanlı olub. Bir neçə gün öncə nikahı və qız toyu baş tutub. 

Axşamdan toya hazırlıq görüldüyü üçün evdəkilər oyaq qalıblar. Səhərə yaxın Aysunun evdə olmadığını görüb axtarmağa başlayıblar. Saat 5 radələrində isə onun cansız bədənini zirzəmidə tapıblar. Qızın nə üçün intihar etdiyi isə hələlik məlum deyil.

Qeyd edək ki, bir müddət öncə Aysunun əmisi qızı da özünü güllələyərək intihar edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ