Bakı Uşaq və Gənclər Teatrının aktrisası Gülnar Əlizadə bu gün 29 yaşında ürək çatışmazlığından vəfat edib.
Bu barədə Buta.media-ya teatrın mətbuat xidmətindən bildiriblər.
O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin məzunu, 2015-ci ildən Bakı Uşaq və Gənclər Teatrının aktrisasıdır.
Evli idi, iki yaşlı qızı qalıb.