Sabah nişanı olacaqdı, bu gün dəfn edilir – Qaxda faciə

Martın 9-na keçən gecə Qax rayonunda baş vermiş ağır yol qəzasında vəfat edən 24 yaşlı Məcid Məmmədrəhimovla bağlı dəhşətli faktlar üzə çıxıb.

 

Publika.az xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 84-cü kilometrliyində, yolun Qax rayonunun Qıpçaq kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı yük avtomobili ilə toqquşan “QAZel” markalı mikroavtobusda toqquşan 24 yaşlı gəncin sabah nişan mərasimi olacaqmış.

 

Məcidin əmisi oğlu, Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədli bildirib ki, sabahkı nişan məclisi üçün evdə bütün hazırlıqlar görülüb, hədiyyələr, xonçalar düzülübmüş.

 

Nişan üçün Qaxdan doğma rayonuna yola düşən 24 yaşlı Məcid Məmmədrəhimov bu gün doğulduğu Köhnə Xudat kənd qəbiristanlığında dəfn ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ