Prezident onu rəis təyin edərək general-mayor rütbəsi verdi

İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

Buta.media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi İlqar Rza oğlu Abbasova general-mayor ali hərbi rütbəsi verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ