Aparıcı-müğənni Murad Arifin “Youtube”da yayımlanan “Popumuz var” layihəsinin qonağı bu dəfə radio aparıcısı Tural Yusifov olub.
Buta.media-nın məlumatına görə, o, proqramda Zaur Baxşəliyev daxil olmaqla, bir çox aparıcıların verilişlərini tənqid edib:
“MTRŞ-nin sonuncu irad bildirəcəyi radio verilişi “Manpası”dır. Münasibət bildirmək istəyirlərsə, birinci “Space” TV-dən başlamaq lazımdır.
Bundan başqa, aparıcı əlində xortum, kiminsə silikonunun olub-olmadığını yoxlayır. Bu, saat 18:00-19:00 arasında baş verir. İnsanların şəxsi həyatı efirlərdə müzakirə edilir. Şəxsi həyata müdaxilə olmaz. Bu, jurnalistika deyil.
Şəxsən mən Zaur Baxşəliyevin yeddi gün veriliş aparmasını başa düşmürəm. Həftənin beş günü ağlaşma, həftəsonu isə səhər verilişi aparır. Yeddi gün işləmək olmaz. Aparıcı ixtisaslaşmalıdır.
Şərt odur ki, hamı ağlaşsın? İnsanlar çıxış yolunu Zaurda axtarmamalıdır. Sosial problemləri göstəririk, amma Zaur Baxşəliyevin verilişi olmamalıdır. Ya xəstəliyi müalicə et, ya da get, Hüseyn Dəryanın məzarını qaz”.