“Diqlas” ticarət mərkəzi bu iş adamına məxsus imiş - RƏSMİ

Bakıda yanıb kül olan “Diqlas” Ticarət Mərkəzinin sahibi müəyyənləşib.

 
Buta.media Unikal.org-a istinadla məlumat verir ki, “Diqlas” ticarət mərkəzi iş adamı Araz Rəhimova məxsusdur. Sahibkar həmçinin yaxınlıqda yerləşən “Lotos” ticarət mərkəzinin də sahibidir. 
 
“Diqlas” adı ilə Vergilər Nazirliyində iki qurum - "Diqlas Kvant" və "Diqlas 2" MMC-lər mövcuddur. Hər iki MMC-nin qeydiyyat ünvanı eynidir və hüquqi şəxsdir. 
 
"DIQLAS 2" Məhdud Məsuliyyətli Cəmiyyəti  19 dekabr 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi iş adamı kimi tanınan Rəhimov Araz Nüsrət oğludur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ