Vinnitsa faciəsi: Liza və anası raket hücumunun qurbanı oldu - foto

Ötən gün, iyulun 14-də Rusiyanın Ukraynanın Vinnitsa şəhərinə raket hücumu zamanı 33 yaşlı dizayner və bloqer İrina Dmitriyeva və onun dörd yaşlı qızı Liza həlak olub.

Buta.media “UNİAN”a istinadən xəbər verir ki, bu barədə İrinanın işlədiyi “Kartel” nəşriyyatının baş direktoru İrina Asman bildirib.

Hadisə günü onlar loqopeddən qayıdarkən Qələbə meydanından keçirdilər.

Qeyd edək ki, İrina daun sindromlu qızının həyatı haqqında bloq yazırdı. Balaca Lizanın “l.i.z.i.love” instaqram səhifəsində 4000 izləyicisi var. O, qızının uğurlarını sosial şəbəkələrdə bölüşərək, bu sindromdan əziyyət çəkən digər uşaqların anaları üçün məsləhətlərini paylaşırdı.

Liza həmçinin Ukrayna perzidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya ilə birgə Yeni il videosunda çəkilib.

Xatırladaq ki, Rusiya Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirib. Hadisə zamanı 23 nəfər ölüb, 90 nəfər yaralanıb. Baş vermiş hadisə ilə əlaqədar Vinnitsa şəhərində iyulun 15-i matəm günü elan edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ