Gömrük Komitəsinin vəzifəli əməkdaşı intihar edib

Dövlət Gömrük Komitəsinin vəzifəli əməkdaşı intihar edib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Buta.media-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə iyulun 13-də qeydə alınıb.

“Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin Astara rayonu Rüdəkənar kəndində intihar etməsi faktını təsdiq etməklə bildiririk ki, faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır”, - açıqlamada bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ