ÜST maska rejimini qaytarmağa çağırdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölənlərin sayı artmaqda davam etdiyi üçün bütün ölkə hökumətlərini maska rejimini yenidən tətbiq etməyə çağırıb. Bu barədə Sky News xəbər verir.

ÜST rəhbəri Tedros Qebreyesus bəyan edib ki, “Omikron”un növləri dünyada yeni xəstəlik dalğalarına, xəstəxanaların dolmağına və ölümlərə səbəb olmağa davam edir.

Yoluxmaların və xəstəxanaya yerləşdirilmələrin sayının artması fonunda Qebreyesus ölkələri maska ​​taxmaq kimi sübut edilmiş tədbirləri həyata keçirməyə çağırıb.

“Mən narahatam ki, COVID-19 hallarının sayı artmaqda davam edir və bu, gərgin səhiyyə sistemlərinə və tibb işçilərinə əlavə təzyiq göstərir. Mən həmçinin ölümlərin sayının artması tendensiyası ilə bağlı narahatam”, - ÜST rəhbəri bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ