Rusiya və Ukrayna taxıl dəhlizi ilə bağlı razılığa gəldilər

Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başa çatıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nümayəndə heyətləri Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparıb.

Ukrayna taxıl məsələsi ilə bağlı keçirilən görüşdə İstanbulda koordinasiya mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub.

Onlar qeyd ediblər ki, gələn həftə daha bir görüşün keçirilməsi gözlənilir və bu görüşdə yekun sənədlər imzalana bilər.

19:27

Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başa çatıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nümayəndə heyətləri Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparıb.

16:45

Bu gün Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başlayıb.

“Habertürk”ün məlumatına görə, artıq nümayəndələr İstanbul şəhərindədir.

Nümayəndə heyətlərinin Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, bu, dördlü formatda baş tutan ilk görüşdür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ