“Qarabağ” “Lex”i darmadağın edərək ÇL-də mərhələ adlayıb

“Qarabağ” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxıb.

Buta.media xəbər verir ki, Ağdam təmsilçisi ilk görüşdə Polşada 0:1 hesabı ilə uduzduğu “Lex”i qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Qurban Qurbanovun komandası üçün uğursuz başlayıb. Belə ki, qonaqlar 20-ci saniyədə hesabı açıb. Buna baxmayaraq, Azərbaycan çempionu rəqibini darmadağın etməyi bacarıb. “Qarabağ” “Lex”i 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

“Qarabağ” heyətində Kadi dubla imza atıb (14 və 74), hər bir dəfə isə Ozobiç (42 ), Kevin Medina (56) və Abbas Hüseynov (77) fərqləniblər.

Qeyd edək ki, Ağdam təmsilçisi ÇL-in ikinci təsnifat mərhələsində İsveçrə çempionu “Sürix”lə qarşılaşacaq. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ