Rusiyada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Rusiyada meymunçiçəyi virusuna ilk yoluxma faktı təsdiqlənib. Bu barədə “Lenta.ru”ya Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətindən (“Rospotrebnadzor”) məlumat verilib.

Qurumun məlumatına görə, infeksiya Avropaya səfərdən sonra ölkəyə qayıdan rusiyalıda aşkar edilib - qayıtdıqdan sonra o, xəstəliyə xas olan səpgidən həkimlərə şikayət edib.

“Rospotrebnadzor” qeyd edib ki, xəstənin təmas dairəsi məhduddur, mütəxəssislər yoluxmuş şəxslə təmasda olan hər kəsin vəziyyətini diqqətlə izləyirlər. Onun xəstəliyi yüngül formada keçir, həyatı üçün təhlükə yoxdur.

Bildirilir ki, virusu “Vektor” elmi mərkəzinin tes-sistemləri sayəsində müəyyən etmək mümkün olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ