Ramil Usubov yeni rəis təyin etdi

Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinə rəis təyin edilib.

 
Buta.media xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
 
Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb.
 
O, bundan əvvəl Maliyyə-plan idarəsinin rəis müavini vəzifəsində çalışıb.
 
İdarədən məlumatı təsdiqləyiblər.
 
Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmrinə əsasən, DİN-in Maliyyə-plan idarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ