Zelenski Ukraynanın 5 ölkədəki səfirini geri çağırıb

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Almaniya, Macarıstan, Norveç, Çexiya və Hindistandakı səfirlərini geri çağırıb.

Müvafiq sərəncam iyulun 9-da imzalanıb və dövlət başçısının saytında yerləşdirilib.

Andrey Melnik Almaniya, Lüdmila Nepop Macarıstan, Vyaçeslav Yatsiuk Norveç, Yevgeni Perebyinos Çexiya, İqor Polix isə Ukraynanın Hindistandakı səfirləri vəzifəsindən geri çağırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ