Azərbaycan Ordusunun hərbçisi həlak oldu

Azərbaycanda hərbi hissədə əsgər ölüb.

Baş Prokurorluqdan verilən məlumata görə, hadisə iyulun 8-i saat 21 radələrində baş verib.

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayramov Hüseyn Ruslan oğlu ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

Faktla bağlı Hərbi prokurorluqda cinayət işi başlanıb, istintaq aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ