Rusiya Litvanı hədələdi

Litva və Avropa İttifaqı (Aİ) Kalininqradda tranziti bərpa etməkdən imtina edərsə, Rusiya onlara qarşı tezliklə sərt addımlar ata bilər.

Bu barədə “İnterfaks” yazır.

RF Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hədələyib ki, Rusiya tərəfi Aİ ölkələrini Kalininqradda Rusiya mallarının daşınması üçün dəhlizin işləməsi ilə bağlı razılığa gəlmələri ilə bağlı sonsuz gözləyə bilməz.

XİN nümayəndəsi bəyan edib ki, “yaxın günlərdə” Moskva Litvaya və Avropaya cavab verəcək. Onun fikrincə, yaranmış vəziyyətlə bağlı ictimai nəzarət tədbirləri artıq hazırlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ