Bakının meri məmurları ciddi cəzalandırdı

Bakı Şəhər və Qaradağ Rayon İcra Hakimiyyətlərinin birgə yoxlamalarının nəticəsi olaraq işdə yol verdiyi nöqsanlara görə Qaradağ MKTB-nin rəisi Rasim Əhmədov tutduğu vəzifədən azad edilib. 


Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov Buta.media-ya məlumat verib.

 

Cavabdeh ərazilərin sanitar-təmizliyinin qənaətbəxş olmadığı üçün Yasamal Rayon MKTB-nın rəisi Rüfət Əhmədova ciddi xəbərdarlıq edilib, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi üzrə nümayəndəsi Səfa İmanova töhmət verilib, onun vəzifədə qalıb-qalmaması məsələsinə baxılması Suraxanı Rayon İcra Hakimiyyətinə tövsiyə olunub. Digər vəzifəli şəxslərə xəbərdarlıq edilərək, nöqsanların tam aradan qaldırılması üçün 1 ay vaxt verilib.


Şəhər İcra Hakimiyyətinin sifarışınə əsasən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyası hazırlanır. Bu sahədə böyük təcrübəsi olan Böyük Britaniya şirkətinin rəhbərliyinin bildirdiyinə görə Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq şəhərin sanitar təmizliyi əsasən qənaətbəxş səviyyədədir. Lakin vəziyyət Bakı Şəhər İcra Hakimiyyətini tam qane etmədiyindən bu sahəyə diqqət və nəzarətin daha da artırılacağı bildirilib.
 
Qeyd olunub ki, Bakı şəhərində məişət tullantıları üçün yeni konteynerlərin qoyulması davam edir, paytaxtda tullantıların daşınması və idarə olunması ilə bağlı islahatların həyata keçirilməsinin ilkin mərhələsi avqust-sentyabr aylarında başa çatacaq.
 
Bakı şəhərində təmizlik aylığının keçirilməsi elan olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ