Ukrayna prezidenti Volodimir Zelenski ilin sonuna qədər müharibənin “hərbi hissəsini” hansı şərtlərlə başa çatdırmağın mümkün olacağını açıqlayıb.
O, bu barədə Amerikanın CNN telekanalına müsahibəsində danışıb.
Zelenskinin müharibənin ilin sonuna qədər başa çatacağı iləb ağlı suala belə cavab verib: “Bu, bizdən, sizdən və yuxarıda kimin oturmasından asılıdır”.
“Dövlətimizdə indiki kimi birlik olsa, tərəfdaşlarımız vaxtında silahlar versə, Tanrı tərəfimizdə olsa, o zaman bu ilin sonuna qədər çox şey edə biləcəyik. Əminəm ki, biz bu müharibənin hərbi hissəsini tamamlaya bilərik. Çünki dediyim kimi, biz güclü olsaq, o zaman elə bir nöqtəyə gələ bilərik ki, Rusiya danışıqlar masasına əyləşməli olacaq”, - deyə o, izah edib.
Prezident əlavə edib ki, Rusiya dünyanın Ukrayna ətrafında birləşməsinin davamını, Ukraynanın gücünü və Ukraynanın müəyyən ərazilərdə və ya əməliyyatlarda qələbəsini görəcək.
“Əgər bu baş verərsə, danışıqlarda çox güclü mövqemiz olacaq. Danışmaq isə istənilən halda müharibənin son mərhələsidir”, - deyə Zelenski bildirib.
O həmçinin qeyd edib ki, prezident Vladimir Putinin Rusiyanın Ukrayna ərazisində qanlı müharibəyə başladığını başa düşə bilmir.