Amerikalı aktyor Ceyms Kaan 82 yaşında vəfat edib.
Bu barədə onun rəsmi Twiter səhifəsində məlumat verilib.
“Dərin təəssüf hissi ilə bildiririk ki, Cimmi iyulun 6-da bizi tərk edib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Ceyms Kaan 1940-cı ildə Nyu-Yorkda doğulub. Kino sahəsində ilk debütü 1963-cü ildə Billi Uaylderin “İncə İrma” filmində baş tutub. Karyerası ərzində Kaan onlarla film və seriallarda, o cümlədən, “Yağış insanları” (1969), “Oyunçu” (1874), “Rollerbol” (1975), “Körpü çox uzaqdadır” (1977), “Oğru” (1981), “Dik Treysi” (1990) və “Doqvill” (2003) filmlərində çəkilib.
Aktyora ən çox populyarlıq Fersis Ford Koppolanın “Xaç atası” (1972) filmində Marlon Brando və Al Paçino ilə birgə əsas rollardan biri - Santino “Sonni” obrazı gətirib. Bu rola görə o “Oskar” və “Qızıl qlobus” mükafatlarına namizəd olub. 1978-ci ildə Ceyms Kaan Hollivudda Şöhrət xiyabanında ulduza layiq görülüb.