Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev vəzifəsindən ayrılıb.
O bu barədə “Facebook” sosial şəbəkəsindəki profilində paylaşım edib.
Elməddin Quliyev bildirib ki, bu gündən səhhətində yaranan müvəqqəti narahatlıqlarla əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatındakı işindən ayrılıb/
Qeyd edək ki, telejurnalist Elməddin Quliyev ötən ilin mayından Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2022-ci il yanvarından İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı.