Qırğızıstanda ölkəmizə qarşı təxribat: Separatçıların filmi nümayiş olunacaq

Qırğızıstanda fəaliyyət göstərən Kino evində Azərbaycana qarşı təxribata yol verilib.

Belə ki, Kyrgyzcinema.com saytında Bişkekdə fəaliyyət göstərən kino evində iyulun 8-də “Si Le Vent Tombe” (“Əgər külək əsərsə”) filminin nümayiş olunacağı anons edilib.

Ermənilər tərəfindən çəkilən sözügedən filmdə isə hadisələr Azərbaycanın bir vaxtlar işğal altında olan torpaqlarında cərəyan edir. Film bütövlükdə Azərbaycan dövlətinə və xalqına qarşı düşmənçilik hislərinin təbliğinə xidmət edir.  

Azərbaycana qarşı təxribat xarakterli nümayişin “Alliance Francaise Bishkek” tərəfindən təşkil olunduğu qeyd edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ