Ukrayna hərbçiləri respublikanın bayrağını Qara dənizdəki Zmeynı adasında quraşdırıblar. Bunu Ukrayna Müdafiə Nazirliyinin “Cənub” əməliyyat komandanlığının mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk deyib. O, TASS-a istinadən xəbər verir.
"Hərbi əməliyyat başa çatıb və indi ərazi Ukraynanın yurisdiksiyasına qaytarılıb", - o deyib.
Eyni zamanda, Qumenyuk Ukrayna Silahlı Qüvvələrinin əməliyyatının digər təfərrüatlarını açıqlamayıb, xüsusən də adada hər hansı kontingentin yerləşdirilib-yerləşdirilmədiyini izah etməyib.