ABŞ Rusiya nefti üçün 40 dollarlıq qiymət limiti qoymaq istəyir

ABŞ və müttəfiqləri Rusiya neftinin maksimum qiymətinin 40-60 dollar/barel diapazonunda müəyyənləşdirilməsini müzakirə edirlər.

Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Belə ki, iyunun 26-28-də Almaniyada keçirilmiş Yeddilik Qrupu (G7) sammiti öncəsi başlayan müzakirələrdə müttəfiqlər Rusiyanın neft gəlirlərini məhdudlaşdırmağın bir neçə yolunu araşdırıblar.

Agentlik yazır ki, eyni zamanda, onlar bu cür tədbirlərin öz iqtisadiyyatlarına təsirini minimuma endirməyə çalışıblar.

Mənbələr bildiriblər ki, müzakirə olunan qiymət hədlərinin diapazonu Rusiyada hasilatın marjinal dəyəri hesab ediləndən tutmuş, Ukraynada hərbi əməliyyat başlamazdan əvvəl Rusiya neftinin qiymətinə qədər dəyişir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ