Tanınmış model Ukraynada döyüşlərdə həlak oldu - FOTO + VİDEO

39 yaşlı braziliyalı model Tailita du Valle Ukraynada döyüşlərdə həlak olub. 

Buta.media-nın xəbərinə görə, bu barədə Daily Mail nəşri yazıb.

Bildirilir ki, model üç həftə əvvəl Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün müharibə zonasına yollanıb. 

Əvvəllər o, dünya üzrə humanitar missiyalarda, eləcə də İraqdakı döyüşlərdə iştirak edib.

Nəşrin qeyd edir ki, Valle snayper olub və 40 yaşlı braziliyalı Duqlas Buriqo ilə birlikdə Xarkov yaxınlığındakı bunkerə raket düşməsi nəticəsində ölüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ