Afrika futbolunda sensasiya: 95:0 və 91:1 hesablı qələbələr

Afrika futbolu haqqında nə bilirsiniz? Bunu bəzi rekord nailiyyətlərlə əlaqələndirməyiniz ehtimalı azdır. Amma bəzən elə hadisələr olur ki, onları möcüzədən başqa heç nə adlandırmaq olmaz. Bəzən möcüzələr bütün hədlərini aşır və sensasiyalara səbəb olur: təəccübdən qəzəbə qədər. Syerra-Leone çempionatında sensasion nəticələr bütün dünyanı heyrətləndirdi.

Başları oyuna qarışdı

Syerra-Leone çempionatında rekord nəticə qeydə alınıb - iki matçda ümumilikdə 187 qol vurulub. Bunlar ikinci divizion oyunları idi. “Kahunla Reyncers” klubu “Lumbebu Yunayted”i 95-0, “Qalf FC” isə “Kokima Livanı” 91-1 hesabı ilə məğlub edib. Eyni liqada eyni vaxtda baş tutan qarşılaşmalarda belə nəticələrin olması təsadüfdürmü? Nəzərə alsaq ki, ilk hissədən sonra hesabların kifayət qədər “normal” idi - “Kahunla” rəqibini 2:0, “Qalf” isə 7:1 hesabı ilə udurdu.

İkinci hissədəki qeyri-adi hesablar isə, həm “Kahunla”nın, həm də “Qalf” klubunun elit diviziona vəsiqə qazanmaq hüququ uğrunda mübarizədə bərabər xala malik olması ilə bağlıdır. Uğur qazanmaq üçün isə ən yaxşı top fərqi ilə rəqibləri məğlub etməli idilər. Kimin ağlına gələrdi ki, hər şey bu qədər dərinə gedəcək. Hər iki qarşılaşma eyni vaxtda keçirilib və rəqiblər paralel oyunlarda hadisələrin inkişafını izləyiblər.

Daha bir qalmaqallı məqam isə “Qalf” komandasının oyunundan qeydə alınıb - baş hakim fasilədən sonra matçı idarə etməkdən imtina edib. Onu dərhal dəyişdiriblər. Oyunların ikinci hissəsində isə heç kim nə baş verdiyini anlamayıb - “Kahunla” 93, “Qalf” isə 84 dəfə rəqib qapısına yol tapıb. Üstəlik, futbolçulardan biri 30 qol vurub. Bir matçda vurulan bu qədər qolu izah edən heç bir futbol termini demək olar ki, yoxdur.

Hamı şokdadır

Reaksiya özünü çox gözlətmədi. Syerra-Leone Futbol Assosiasiyası (SLFA) matçların nəticələri tez bir zamanda ləğv edildi və xüsusi komissiya oyunların şəraiti ilə bağlı araşdırmaya başladı.

“Belə biabırçı hadisələrin cəzasız qalmasına baxa bilmərik”, -  deyə SLFA prezidenti Tomas Daddi Brima deyib. 

“Biz bu hadisələrdə əli olan hər kəsi məsuuliyyətə cəlb etmək üçün araşdırmaya başlayırıq. Günahkarların hamısı SLFA qaydalarına uyğun olaraq məsuliyyət daşıyacaq və həmçinin Syerra-Leone Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sanksiyalarına məruz qalacaq. Biz FİFA qaydalarına tam sadiqik”.

Qeyd edilir ki, “sirkdə” iştirak edən hər dörd klubun oyunçuları və məşqçiləri, həmçinin matç rəsmiləri və hətta bölgə federasiyasının rəsmilərinin istintaqa cəlb edilməsi qərara alınıb.

Daxildən baxış

Əlbəttə ki, hadisə iştirakçılarının baş verənləri necə izah edəcəklərini görmək istərdik. Onların reaksiyası özünü çox gözlətmədi - hamı belə biabırçılığı mümkün qədər tez inkar etmək istəyirdi.

95:0 hesabı ilə qalib gələn Kahunla klubunun icraçı direktoru Erik Keytel bu iki matçda iştirak edən hər kəsi qınayıb:

“Klubumun oyunundakı qəribə nəticəyə görə ölkədə və dünyanın bütün futbolsevərlərindən üzr istəməklə başlamaq istəyirəm. Qətiyyətlə bildirirəm ki, komandamın və iştirak edən digər komandaların bu qeyri-idman davranışını pisləyirəm. Klubum tərəfindən baş verənləri araşdırmaq üçün öz komitəmizi də yaradacağıq. Hadisəni törədən hər bir şəxs barəsində müvafiq tədbir görüləcək.

0:95 hesabı ilə uduzan “Lumbebu” klubunun baş meneceri Məhəmməd Yan Səid Jallo isə məsələyə belə münasibət bildirib. Maraqlıdır ki, o, ümumiyyətlə, bu oyunda komandasının baş məşqçi kimi meydana çıxarıb, çünki əsl baş məşqçi gözlənilmədən belə vacib oyunu buraxıb.

“Matçla bağlı hər hansı saxtakarlıqdan xəbərim yoxdur. Amma başqalarına zəmanət verə bilmərəm. İkinci hissədə çoxlu qol buraxdıq, bir anda oyunu izləməyi dayandırdım, hətta ümumilikdə neçə qol buraxdığımızı bilmirəm. Mən heç vaxt danışılmış oyunlara qarışmazdım. Futbol rəhbərliyini hər iki matçı araşdırmağa və bütün günahkarları məsuliyyətə cəlb etməyə çağırıram. Əgər günahkar yoxdursa, belə də olsun”.

“Qalf”a 1:91 hesabı ilə uduzan “Kokima” klubunun direktoru Məhəmməd Lanfia Tunkara isə deyib ki, heç bir oyun ümumiyyətlə olmayıb. 

“Yox, təbii ki, formal matç olub, futbolçular meydana çıxıblar. Amma bu yoldaşlıq oyunu idi, liqanın oyununun əvvəlcədən ləğv edildiyini bilirdik”. 

Tunkaranın sözlərinə görə, bunu ona məşqçilər deyib və yoldaşılıq görüşü zamanı futbolçular sadəcə əyləniblər.

Qeyri-adi hal deyil

Belə görünə bilər ki, bu cür hallar sadəcə sensasiyadır. Təbii ki, bu, çox qeyri-adidir. Lakin Afrika futbolunda buna bənzər bir çox nəticələr var. 

2013-cü ildə iki Nigeriya klubu 79-0 və 67-0 hesablı qələbələr qazandıqdan sonra on il müddətinə futboldan uzaqlaşdırılıb. Onlar da elit diviziona yüksəlmək üçün mübarizə aparırdılar. Ancaq bu, Madaqaskarın “Adema” klubunun 2002-ci ildə liqadakı rəqibi “So l'Emirne” üzərindəki qələbəsi ilə müqayisə olunmu - 149:0. Məsələ burasındadır ki, “So l'Emirne”nin futbolçuları ədalətsiz hakimliyə etiraz olaraq topları öz qapılarına vurmağa başlayıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ