Kiyev vəziyyəti dəyişməsə, Qərb yardımı dayandıracaq - Telegraph

Əgər Kiyev müharibənin gedişatını payıza qədər çevirməsə, Qərb yardımı dayandıracaq.

Buta.media-nın xəbərinə görə, bu barədə The Telegraph nəşri məsələ ilə bağlı öz mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edir ki, kollektiv Qərb tədricən Ukraynanı dəstəkləməyin mənasızlığı barədə qənaətə gəlir.

Bu fikir Ukrayna ordusunun şəxsi heyətinin itkilərini doldurmaqda çətinlik çəkməsi ilə izah olunur. Belə ki insanlarsız silah təchizatı kömək etməyəcək.

Qəzet yazır ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı indi Qərbi Ukraynadan Donbasa təlim keçməmiş “müdafiəçiləri” göndərir və aylardır Donbasda cəbhə xəttində yerdəyişmə həyata keçirilmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ