Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan Respublikasından qəbul edilmiş 20 010 kq çəkidə pendir partiyasının rəsmiləşdirilməsini dayandırıb.
“Rosselxoznadzor”un saytında yer alan xəbərə görə, pendir partiyasını 27 iyun 2022-ci il tarixində qurumun Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi “Terminal Vostok-Zapad” MMC-nin müvəqqəti saxlama anbarında müşahidə edib.
Sərhəd baytarlıq nəzarəti zamanı müəyyən edilib ki, qablar və qablaşdırma materialları təkrar emal olunub və Avrasiya İqtisadi İttifaqının qablara və qablaşdırmaya dair müəyyən edilmiş tələblərinə cavab vermir.
Pendirin başlığında qoruyucu təbəqəsini çıxararkən, başqa bir istehsalçının (ehtimal ki, Niderlandın) Avrasiya İqtisadi İttifaqının ərazisinə tədarük hüququ üçün sertifikatlaşdırılmamış işarəsi tapılıb.
Karton qutuların içərisində və pendirin üzərində yaşıl və qara rəngli kif müşahidə edilib.
Azərbaycan Respublikası və Niderlandın baytarlıq xidmətlərindən bu faktlarla bağlı izahatlar alınana qədər yükün hərəkəti dayandırılıb.