Ukraynada döyüşlərdə azərbaycanlı həlak olub - FOTO

Rusiya ordusunun kiçik serjantı Nyaqandan olsan əslən azərbaycanlı Tural Verdiyev Mirzə oğlu Ukraynada keçirilən hərbi əməliyyatda həlak olub.

Buta.media-nın xəbərinə görə, bu barədə Uqra hökuməti məlumat yayıb.

Tural Verdiyev Mirzə oğlu 2013-cü ildə hərbi xidmət keçdikdən sonra Nyaqandakı təşkilatlarda sürücü işləyib. Xüsusi əməliyyat başlayandan sonra 29 yaşlı kiçik çavuş müqavilə bağlayaraq motoatıcı taborun minaatan batareyasının baş atıcısı kimi xidmətə gedib.

Verdiyevin ailəsi onu Azərbaycanda evində dəfn etmək qərarına gəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ