Bakıda məşhur marketdə 28 nəfər zəhərləndi

Bakıda marketdə kütləvi zəhərlənmə olub.

APA-nın əldə etdiyi xəbərə görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" supermarketdə qeydə alınıb.

Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanından zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, abmulator müalicə üçün artıq evə buraxılıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ