NASA Aya uçuş hazırlayır: vaxt açıqlanıb

NASA avqustun sonu və ya sentyabrın əvvəlində “Artemis 1” Ay missiyasını həyata keçirməyi planlaşdırır. 

Bu barədə “Engadget” nəşri tədqiqat sistemlərinin inkişafı proqramının rəhbərinin müavini Cim Friyə istinadən məlumat yayıb.

Nəşrin yazır ki, agentlik artıq Ayda yeni uçuş həyata keçirəcək “Space Launch System” raketini sınaqdan keçirib.

“Artemis 1” missiyasının 23 avqust - 6 sentyabr tarixləri arasında baş tutması planlaşdırılır. Bu uçuş zamanı pilotsuz Orion modulu uçuşun insan orqanizminə ehtimal olunan təsirini araşdırmaq üçün Ayın ətrafında dövrə vuracaq.

NASA artıq “Space Launch System” raketi üçün son hazırlıqları tamamlayır.

“Artemis 2” missiyası çərçivəsində 2020-ci ilin ikinci yarısında dörd astronavt Aya çatdırılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ