Kəmaləddin Heydərov ticarət mərkəzindəki yanğından danışdı - VİDEO

Ticarət mərkəzinin çöl hissəsi alkaponla üzlənib, bunlar yanan maddələrdir.
 
Buta.media ONA-ya istinadən xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
 
K. Heydərov bildirib ki, binanın içərisində yanğınsöndürənlər xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər, bayırdan isə yanğınsöndürən maşınlar yanğının söndürülməsinə cəlb olunub: “Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Artıq yanğın lokallaşdırılır, açıq alov məhdudlaşdırılır”.

 

Nazir həmçinin sahibkarlara kompensasiya verilib-verilməyəcəyi ilə bağlı suallarıda cavablandırıb: "Bura özəl müəssisədir. Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona mən qərar vermirəm. Bizim hazırda əsas işimiz yanğını söndürmək və imkan daxilində insanların yanmamış mallarını oradan çıxartmaqdır. Bura özəl obyekt, özəl ticarət mərkəzidir. Burada ticarətlə məşğul olan hər bir mal sahibi öz dükanını, mallarını sığortalamalıdır".

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ