Azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubu Sloveniyada “Spartak” (Slovakiya) komandasına qarşı yoxlama oyunu keçirib.
Buta.media xəbər verir ki, qarşılaşma 3:3 hesabı ilə bitib.
Mahir Emreli meydançaya ikinci hissədə daxil olub və 90-cı dəqiqədə hesabı bərabərləşdirərək komandasını məğlubiyyətdən xilas edib. Azərbaycanlı hücumçu cərimə meydançası xətti üzərində topu götürərək rəqibini keçib və qol vurub.
Emreli bu qolu iyulun 1-də qeyd etdiyi 25 yaşına hədiyyə edib.
Qeyd edək ki, bu Emrelinin yay hazırlıq mövsümündə “Dinamo”nun heyətində ikinci qoludur. İyunun 28-də o, Sloveniyanın “Nafta” komandasına qarşı oyunda da fərqlənib.