Bir müddət əvvəl 50 qəpiyə satılan soğan indi bazarlarda 1 manat 50 qəpiyə təklif edilir.
Buta.media-nın məlumatına görə, satıcılar soğanın bu qədər bahalaşmasının mövsümlə əlaqəli olduğunu bildirdilər.
Digər səbəb son zamanlar Türkiyədə yaşanan soğan böhranıdır.
Qiymət artımının hələ davam edəcəyi gözlənilir.
Kənd Təsərrüfatı üzrə eksper Nicat Nəsirli isə hesab edir ki, qiymətartımı mövsümü xarakterdaşıyır.Yeni məhsul bazara aprelin 2-ci ongünlüyündə çıxarılacaq. Həmin vaxtdan sonra qiymətlərdə enmə müşahidəediləcək.