İndoneziya prezidenti Coko Vidodo Rusiya prezidenti Vladimir Putinə Ukrayna lideri Vladimir Zelenskidən mesaj çatdırdığını bildirib.
“İnterfaks” yazır ki, bu barədə o, Putinlə görüşdən sonra bildirib.
"Mən prezident Zelenskinin mesajını prezident Putinə çatdırdım və iki lider arasında ünsiyyəti yaxşılaşdırmağa hazır olduğumu bildirdim", - Vidodo bildirib. O, sülh məsələlərinin İndoneziyanın xarici siyasəti üçün həmişə prioritet olduğunu, bu səbəbdən Kiyev və Moskvaya səfər etdiyini qeyd edib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, o, mesajın məzmununu bilmir: “Hələlik nədən bəhs etdiyini bilmirəm”.
İyunun 29-da Coko Vidodo Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.