Rusiya qoşunları İlan adasından çıxarıldı

Ukrayna qoşunlarının növbəti uğurlu əməliyyatından sonra rusiyalı hərbçilər İlan adasını tərk ediblər.

Buta.media-nın xəbərinə görə, bu barədə Ukraynanın “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

“Gecə saatlarında bölmələrimizin İlan adasında raket və artilleriya zərbələri ilə həyata keçirdiyi növbəti uğurlu hərbi əməliyyat nəticəsində düşmən tələsik iki sürətli qayıqla hərbçilərini təxliyə edib. Hazırda İlan adasını yanğın bürüyüb və partlayışlar eşidilir”, - deyə məlumatda qeyd olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ