İran həmişə patriarxal ənənələrə sadiq olmayıb. 1950-1960-cı illərdə burada yaşayan qadınlar özlərini indiki iranlı qadınlardan daha azad hiss edirdilər. Onlar qısa yubkalarda gəzirdilər, avropasayağı saç düzümləri etdirirdilər. Dress-kod şah Pəhləvinin 1979-cu ildə taxtdan salınmasından sonra sərtləşdirilib.
“Mən 1980-ci ildə İranda doğulmuşam. Həmin illərdə bütün küçələrdə əxlaq polisinin zabitləri var idi. Musiqiyə qulaq asmaq, dodaqları pomada ilə, dırnaqları lak ilə boyamaq, rəngli paltar geyinmək qadağan idi. Lakin hətta həmin qaranlıq vaxtlarda mən vaxt tapıb rəqs edirdim. Biz dostlarımız ilə qeyri-qanuni musiqi dilerlərindən kasetlər alırdıq. Onlar bizim üçün Maykl Cekson və breyk-dans dünyasına pəncərə açırdı. Müəllimlər aralanan kimi, biz oxumaq və oynamağa başlayırdıq, baxmayaraq ki, bunun qadağan olduğunu bilirdik”, - 37 yaşlı Reyhan xatırlayır.
Gənc qadınlar indidə qapalı şənliklər keçirirlər. Onları hətta yüksək cərimələr və həbs cəzası qorxutmur. Belə şənliklər üçün ən məşhur yerlərdən biri Şemşakdır, Tehrandan təxminən bir saatlıq məsafədə yerləşir. Yerli gənclər buranı Şibiça adlandırırlar, İbizanın analogiyası.
Foto: Bettmann / Contributor / Getty Images
Aristotel Onassis yerli kabaredə dostları ilə birlikdə təşkil etdiyi partidə.
Foto: Clive Limpkin / Express / Getty Images
Şirin Tahmassab - xaricdə işləyən ilk iranlı qadın diplomat
Foto: Forum Press / REX / Shutterstock
İnqilaba qədər İran modasının əsas simalarından biri şah Fərəh Pəhləvinin üçüncü arvadı. Foto 1970-ci ildə çəkilib.
Foto: Getty Images
Şah Məhəmməd Rza Pəhləvi və onun ikinci arvadı Sürəyya. Rza Pəhləvi onu 1958-ci ildə varis dünyaya gətirmədiyi üçün boşayıb.
Foto: Keystone Pictures USA / Diomedia
Şahın həyat yoldaşı fotoqraflar qarşısında Avropa geyimində siqaret çəkir
Foto: Mondadori Portfolio / Getty Images
İranlı model Alitalia reyslərini reklam edir
“Qızlar bu şənliklərdə istirahət edirlər, içirlər və çəkirlər. Biz bütün ehtiyatlıq tədbirlərini görürük: polislərə pul veririk, maşınları bir neçə məhəllə kənarda park edirik və qonaqların siyahısını gizli saxlayırıq”, - Bahar adlı iranlı qadın deyir.
Onun sözlərinə görə, dostları ilə kiminsə villasında yığışırlar və ilk növbədə, pəncərələri ədyallar və döşəklərlə bağlayırlar, bundan sonra musiqi qoşulur. Bununla belə polislər və həbslər onları qorxutmur, sadəcə növbəti dəfə, təhlükəsizlik tədbirlərini daha da gücləndirirlər.
Reydlərdən biri onun həmişəlik yadında qalıb:
“Otaqda çox qaranlıq idi, yalnız işıqlı musiqi bizi bir-birimizi aid etməyə kömək edirdi. Mən rəqs meydanında saqqallı kişi və daha bir tanımadığım şəxsi gördüm. Onların hər ikisinin aqressiv olduğu görünürdü. Qəfildən işıq yandırıldı. Dostlarım qışqırmağa və qaçmağa başladılar.
Partiyə İslam İnqilabı Keşikçiləri Korpusu daxil olan “Basic” milli hərəkatının döyüşçüləri basqın etdilər. Onlar dəyənəklərlə bizə hücum etdilər. Qadınların necə qışqırdığı və ağladığı, kişilərin isə yalvardıqları eşidilirdi”.
Onun sözlərinə görə, bu bir saat ərzində davam edib, sonra ara sakitləşdi.
Şənliyin sahibi yarım saatdan sonra qayıtdı və qışqırdı:
“Biz xoşbəxtlərik! Onlara yalnız pul lazım idi. Bundan sonra gənclər yenidən musiqini qoşdular və səhər saatlarına qədər rəqs etdilər”
İranlı qızlar qərbdəki həmyaşıdları kimi müasir mahnıları xoşlayırlar.
“Xaricdən keçirdiyimiz tətildən evə qayındanda biz dostlarımızla gizlin sərhəddən viski keçirirdik. İstirahət günlərində yığışırdıq, musiqiyə qulaq asırdıq və rəqs edirdik. Lakin polis belə məclislərə çox vaxt baş çəkir. Onlar basqın edirlər və hamını saxlayırlar. Bir şənliyə görə 100 şallaq cəzası alan nə qədər gənclər var”.
Foto: Shutterstock
İranın ikinci ən böyük şəhərində Məşhəddə qadınlar dayanacaqda avtobus gözləyirlər.
Məşhəd İranın dini paytaxtı hesab olunur. Müasir iranlı qadınların əksəriyyəti üzlərindən başqa hər yerlərini örtürlər və yalnız qara rəngli paltar geyinirlər. Foto 200-ci ildə çəkilib.
Foto: Shutterstock
Gənc iranlı qadınlar daha rəngli dini geyimlərə üstünlük verirlər. Foto 2017-ci ildə Şirazda çəkilib.
Foto: AP
İran polisi dini dress-koda riayət olunmasına nəzarət edir. Fotodakı qadın 2007-ci ilin aprelin 21-də saçlarının tam örtülməməsinə görə saxlanılıb.
Foto: Joel Ryan / AP
İranlı siyasi emiqrantlar qadınların hüquqlarının pozulmasına mütəmadi diqqət yetirirlər. 2009-cu ildə Venesiya kinofestivalında rejissor Şirin Neşat qırmızı xalçada gənc iranlıların iştirak etdiyi defile nümayiş etdirib.
Andeqraund-partilər hökumətin də diqqətindən kənarda qalmır. Ölkədə bu şənliklərə bağlı qalmaqalların sayı çoxalmaqdadır. 2016-cı ilin iyulunda Tehranda partilərdən birində ad gününü qeyd edən 150 oğlan və qız saxlanılıb. Ad günü keçirən şəxsin və qonaqların necə saxlanılması barədə xəbər verilmir. Məlumdur ki, iş tez bağlanıb.
Məşhəddən olan 28 yaşlı iranlı qadın isə kişilərin içində rəqs etdiyi və spirtli içki qəbul etdiyi üçün 80 dəfə şallaqlanıb. Onun sözlərinə görə, bundan əlavə onu polis məntəqəsində təhqir ediblər.
“Məni saxlayıb idarəyə gətirəndə polis qadınlardan biri mənə soyunmağı əmr etdi. Mən etiraz etdim. Onda gülümsəyərək dedi: “Əminsən? Kişilərin qarşısında soyunmaq sənin üçün çətin olmayıb axı”. Lakin bu ən qorxulusu deyildi. Onların mənə çıxardıqları qərarı biləndə, dünyam dağıldı”, - qadın xatırlayır.
Qadın küçədə
Küçəyə çıxanda iranlı qadınlar mütləq dress-koda riayət etməlidirlər. Şəhərlərdə “qadınlar necə geyinməlidirlər” seriyasından plakatlar asılıb. Küçədə qadınlara heç burnunu belə göstərməyə icazə verilmir. Bununla belə, onların qonşu Yaxın Şərq dövlətləri ilə müqayisədə müasir geyimləri var, onlar burqa geyinməyə məcbur deyillər, maşın sürə bilərlər və hətta evdən kişinin müşayiəti olmadan çıxa bilərlər.
İranlıların xaricə rahat səfər etmək imkanı nəticəsində, bir çox iranlı qadınlar, xarici ölkələrdə niqab və burqadan imtina edirlər. Onlar qısa yubka geyinirlər, kişilərlə bir stolda əyləşirlər, qəlyan çəkirlər (İranda buna “nargilə” deyirlər) və ya siqaret və spirtli içki qəbul edirlər.
Siqaret qadağandır
Son illərdə ölkə hökuməti tütünə qarşı aktiv kampaniya aparır. Siqaret çəkməyə təbliğatın qadağan edilməsi barədə qanun dünyada ən sərt qanunlardan biridir. Siqaret çəkmək istənilən ictimai yerdə, o cümlədən məktəblər və universitetlər, kafe və restoranlar, nəqliyyatda qadağandır. Siqaret brendlərinin adları kino, jurnal, internet, və televiziyada reklamdan yığışdırılıb.
Hakimiyyət maşın və çay evlərində siqaret çəkməyi qadağan edib, cərimə olunanları isə yüksək vəzifələrə işə götürmürlər. Ən çox 18 yaşa qədər olanlara tütün məhsullarının satılmamasına diqqət yetirilir. Lakin bununla belə bir çox yerlərdə bu qadağalara sadəcə göz yumulur. Spirtli içki ilə də vəziyyət eynidir.
“Mən sevgilim Şəhriyarın yalnız bir qaydası var, o, partilər təşkil edəndə spirtli içkini özünüzlə gətirməlisiniz. Adətən biz səhərə qədər içirik”, - Şima danışır. Onun sözlərinə görə, belə şənlikləri yalnız zəngin iranlılar özlərinə icazə verə bilirlər. Ölkədə leqal bar və gecə klublarının olmamasından belə şənlikləri yalnız evdə bağlı qapı arxasında təşkil etməli oluruq.
Spirtli içki ölkəyə kontrabanda yolu ilə gətirilir, bununla belə bir çox iranlı onu evində hazırlayır, bütün qadağalara baxmayaraq. Rəsmi olaraq spirtli içki düzəltmək yalnız xristianlara və yəhudilərə icazə verilib. Bir çoxları spirtli içkini katolik rahiblərdən alır.
“Biz dostlarımızla çox vaxt bizdə yığışırıq və üzümü mənim vannamda əzirik”, - Narqes adlı gənc qadın danışır.
Onun sözlərini İsfahan şəhərindən olan 36 yaşlı Firuzə təsdiqləyir:
“Mənim dostum özü çaxır düzəldir. Hər il mənə 30 şüşə hədiyyə edir”.
İranlılara alkoqolun istehsalına görə 80 şallaq nəzərdə tutulub. Lakin bu onları çəkindirmir . Rəsmi statistikaya əsasən ölkədə 200 mindən çox insan alkoqolizmdən əziyyət çəkir, 150 anonim alkoqoliklər mərkəzi fəaliyyət göstərir.
Səhra şənlikləri
“Mən az içirəm, lakin dostlarımın əksəriyyəti azı həftədə bir dəfə spirtli içki qəbul edirlər. Tehranda asanlıqla keyfiyyətli spirtli içki tapmaq olar.
Bir şüşə arağın qiyməti əslində çox bahadır – 50 avro, tekila – 83 avro, viski – 72 avro, konyak – 78 avro”, - Ehsan danışır.
Onun sözlərinə görə, gənclər içki stereosistem götürərək çox vaxt ciplərdə səhralara üz tuturlar və orada partilər təşkil edirlər.
“Biz səhranın ən mərkəzində “uçuruq”, mahnı oxuyuruq. Dinamikalardan musiqi axır, havada azadlıq hiss olunur”, - Sara deyir.
Bir neçə il əvvəl o Reza ilə görüşməyə başlayıb, baxmayaraq ki, onun valideynləri qızlarının kimləsə münasibətdə olmasının qəti əleyhinə idilər.
“Biz gizlin görüşürük. Reza ilə mənim rəfiqəmin evində tanış olmuşuq. O onun qohumudur. Burada kimləsə tanış olmaq çox çətindir”, - Sara danışır.