NASA Xəzər dənizi üzərində qeyri-adi bulud aşkarladı

NASA-nın həm Yer səthini, həm də atmosferi, xüsusən də onun çirklənməsini tədqiq edən “Terra” adlı peyki Xəzər dənizinin üzərində qeyri-adi bulud şəklini çəkib. 

Buta.media “Space” nəşrinə istinadən xəbər verir ki, bu spesifik buludun dəqiq müəyyən edilmiş sərhədləri var və ümumiyyətlə, belə buludlar qitə daxilində deyil, okeanın üzərində əmələ gəlir.

Laylı-topa buludlar əsasən Yer səthinin üstündə okean üzərində təxminən 1,5 km yüksəklikdə olur.

Alimlər “Terra”  peyki vasitəsi ilə Şərqi Avropa regionu üçün qeyri-adi hadisə hesab edilən bu buludu müşahidə ediblər. 

Onların fikrincə, belə buludların Şərqi Avropa üzərində müşahidə edilməsi çox təəccüblüdür. Tədqiqatçılar hesab edirlər ki, buludun bu regionda yaranmasını Xəzər dənizinin dünyanın ən böyük daxili su hövzəsi olması ilə izah edilə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ