Ukraynanın Kremençuq şəhərində ticarət mərkəzinə qanadlı raketin düşmə anı müşahidə kameraları tərəfindən lentə alınıb. Bu an ticarət mərkəzi açıq və ziyarətçilərlə dolu idi. Hadisə nəticəsində ən azı 20 nəfər ölüb, daha 40 nəfər isə itkin düşüb.
Videonu Ukrayna prezidenti Volodimir Zelenski öz Facebook səhifəsində yayımlayıb və qeyd edib ki, rusiyalılar işğalın əvvəlindən ölkəyə 2811 müxtəlif raket atıblar.
Zelenski vurğulayıb ki, bu, dövlət terroru aktıdır və digərləri kimi Rusiya da cavab verməli olacaq.