Rusiya XİN daha 25 ABŞ vətəndaşını, o cümlədən ABŞ prezidenti Co Baydenin həyat yoldaşı və qızı Cill və Eşli Baydenin adlarını sanksiya siyahısına daxil edib.
Siyahıda həmçinin “Rusiyaya qarşı siyasi kursun formalaşmasına cavabdeh” senatorlar və alimlər, məsələn, Stenford universitetinin professoru Frensis Fukuyamanın adı yer alıb.
Rusiya XİN-dən bildiriblər ki, “yeni sanksiyalar ABŞ-ın rusiyalı siyasətçilərə və ictimai xadimlərə qarşı sanksiyaların genişləndirmsəinə cavabdır”.
Ümumilikdə, 1048 nəfər ABŞ vətəndaşı Rusiya hökumətinin tətbiq etdiyi sanksiyaların altına düşüb.
Qeyd edək ki, bundan əvvəl Rusiya ABŞ prezidenti Co Bayden, onun oğlu Hanter, sabiq dövlət katibi Hilari Klinton, həmçinin Birləşmiş Ştatların vitse-prezidenti Kamala Harris, “Meta” şirkətinin rəhbəri Mark Zukerberq və “LinkedIn” sosial şəbəkəsinin icraçı direktoru Rayan Roslanskiyə Rusiyaya giriş qadağan edilib