İyul ayında bayramla əlaqədar qeyri-iş günləri məlum olub.
Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.
İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iyulun 11-i və 12-si qeyri-iş günü olacaq.
Bununla da, iyul ayının 9-dan 12-dək Azərbaycanda Qurban bayramı ilə əlaqədar ardıcıl qeyri-iş günü olacaq.