Daha bir tələbə dənizdə batdı - Foto

Odlar Yurdu Universitetinin 3-cü kurs tələbəsi dənizdə boğulub.

Bu barədə “Azərbaycan Universitetləri” feysbuk səhifəsində qeyd olunub. 

Bildirilib ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. O, Bakıda kirayədə yaşayırmış.

Həmçinin sosial şəbəkədə onun dostları ilə son yazışması paylaşılıb.

Qeyd edək ki, iyunun 24-də dənizdə daha bir tələbə batmışdı. 2003-cü il təvəllüdlü Bəylərov Eldar Qoşqar oğlu Gürcüstan universitetlərinin birində diş həkimliyi üzrə təhsil alırmış.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ