“Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibəti Rusiyada yüksək qiymətləndirilir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov keçirilən birgə mətbuat konfransında bildirib.
“Əsrlər boyu xalqlarımızı birləşdirmiş və bizə miras qalmış dostluğu möhkəmləndirməkdə davam edirik. Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibətini yüksək qiymətləndiririk”, - Lavrov deyib.
O, dövlətlər arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirildiyini vurğulayıb.
Onun sözlərinə görə, payızda Rusiyada Azərbaycan Mədəniyyət Günləri fevtivalı davam edəcək, həmçinin Rusiya teatrlarının Azərbaycana qastrolları baş tutacaq.
“Bu sahədə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb”, - XİN başçısı diqqətə çatdırıb.