Rusiya qoşunları Qorskoye və Zolotoye şəhərlərində (Ukraynanın Luqansk vilayəti) Ukrayna Silhalı Qüvvələrinin bir neçə qruplaşmasını, o cümlədən əcnəbi muzdluların bölməsini mühasirəyə alıb.
Buta.media-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
“Ukrayna ordusunun dörd taboru - 24-cü briqadanın 3-cü mexanikləşdirilmiş taboru, 128-ci briqadanın 15-ci dağ-hücum taboru, 57-ci motoatıcı briqadanın 42-ci motoatıcı taboru, 101-ci briqadanın 70-ci taboru - həmçinin 57-ci motoatıcı briqadanın artilleriya qrupu, və əcnəbi muzdlulardan ibarət qrupu mühasirəyə alıb”, - Konaşenkov deyib.
O qeyd edib ki, ümumilikdə mühasirədə iki minə yaxın Ukrayna hərbçisi var. Onlardan 1800 nəfəri Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, 120 nəfəri “Sağ sektorun” döyüşçüsü və 80 nəfərə yaxın əcnəbi muzdludur.