Bakıda Türkiyə səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Nərimanov rayonu, Albert Aqarunov küçəsində baş verib. Türkiyə səfirliyinə məxsus “KİA” markalı, 001-D-030 dövlət qeydiyyat nişanlı avtomobil qəfil qarşısına çıxan “Honda İnsight” markalı taksini vurub.
Nəticədə hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Əraziyə polis əməkdaşları gəlib.