Rusiya 47 ton pomidoru Azərbaycana qaytardı

Rusiyanın Həştərxan vilayətində “Rosselxoznadzor”un əməkdaşları fitosanitar nəzarəti həyata keçirərkən qəhvəyi qırış virusuna yoluxmuş pomidor partiyasını müəyyən ediblər.

Keçirilən entomoloji ekspertiza pomidorda insanlar üçün təhlükəli virusun olduğunu təsdiqləyib.

Nəticədə 47 ton pomidor Rusiya Federasiyasının qaydalarına əsasən Azərbaycana qaytarılıb.

Qeyd edək ki, pomidorların infeksiyaya yoluxması qırışmış toxumanın xarakterik sahələri ilə müəyyən edilir, lakin infeksiyanın təzahür dərəcəsi məhsulun növündən asılıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ