Avropa Yayım Birliyi (EBU) müharibə səbəbindən "Eurovision 2023"-ün Ukraynada keçirilməyəcəyi ilə bağlı qərarını təsdiqləyib.
"EBU Eurovision Mahnı Müsabiqəsi 2023-ün builki qalib ölkə olan Ukraynada keçirilə bilməyəcəyi barədə elanın yaratdığı məyusluğu tam başa düşür", - təşkilatın bəyanatında deyilir.
“Tədbirdə işləyən və iştirak edənlərin hamısının təhlükəsizliyini təmin etmək üçün dərhal ev sahibi ölkədə müəyyən tədbirlərə başlanmalıdır”.
Mayın 14-də keçirilən 2022-ci il müsabiqəsində “Stefaniya” kompozisiyası ilə Ukraynanın Kaluş Orkestri qrupu qalib olub.