İlham Əliyev Lavrovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Sergey Lavrovun Bakıya səfəri zamanı onun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulub.

Bildirilir ki, ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ